BDU-da elmi seminar: “Abdulla Qədiri və Rəşad Nuri Güntəkinin romanları”

06/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyəti nəzdində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Abdulla Qədiri və Rəşad Nuri Güntəkinin romanları” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən Filologiya fakültəsinin IV kurs tələbələrindən Zərintac Şükürzadə görkəmli özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər" və "Mehrab əqrəbi", Səbinə İslamova isə Türkiyənin tanınmış yazıçısı Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü", "Qızılcıq dalları", "Damğa" romanları haqqında ətraflı danışıb, əsərləri təhlil ediblər.

Sonra Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Azərbaycan-Türkiyə və Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafından, bədii ədəbiyyat nümunələrinin tərcüməsindən söz açıb. O, mövzunun aktuallığına diqqət çəkərək, Rəşad Nuri Güntəkinin türk ədəbiyyatında, Abdulla Qədirinin isə özbək ədəbiyyatındakı mövqeyi barədə məlumat verib və tələbələrin çıxışlarını yüksək qiymətləndirib.

Daha sonra Filologiya fakültəsinin tələbələri Hümbət Bədəlov, Validə Bayramlı, Fatimə Təhməzova məruzələrlə bağlı fikirlərini bölüşüblər.

Elmi seminar müzakirələrlə yekunlaşıb.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026