BDU-da elmi seminar: "Fonsuz həndəsi ornamentlərin tarixi, evolyusiyası, üslub və tərzləri"

20/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, professor Imaməddin Əmiraslanovun “Fonsuz həndəsi ornamentlərin tarixi, evolyusiyası, üslub və tərzləri" adlı elmi seminarı keçirilib.

Əvvəlcə məruzəçi bu ornamentlərin spesifikliyi, tarixi, coğrafiyası haqqında məlumatları təqdim edib. Türk dünyasında istifadə edilən naxışların ümumiliyi və yayıldığı coğrafiya barədə məlumat verib. Bənzər ornamentlərin daha geniş coğrafiyada istifadəsi məsələləri və səbəbləri izah edilib. Həmçinin bu naxışların Avropa və Hind-Çin mədəniyyətlərində istifadə edilən naxışlarla müqaisəli təhlili aparılıb. Seminarda istifadə edilən naxışların eynigüclü olmasına diqqət yetirilib və dinləyicilər üçün fonsuzluq anlayışının açıqlaması verilib.

Məruzə zamanı bu ornamentlərin kristalların mikroskop şəkilləri ilə bənzərliyi barədə də məlumat təqdim olunub və şəkillərin müqayisəli təhlili aparılıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, məruzəçiyə müxtəlif sual və təkliflər verilib. Seminarda aparılan tədqiqatın türk dünyası üçün önəmi və cəmiyyətimizin inkişafına təsiri barədə müzakirələr aparılıb.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026