BDU-da elmi seminar: “Kitabxana-biblioqrafiya resursları: müasir meyllər və çağırışlar”

27/05/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Kitabxana-biblioqrafiya resursları: müasir meyillər və çağırışlar” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov məruzə edib.

Nadir İsmayılov informasiya cəmiyyətində kitabxana-biblioqrafiya resurslarının strateji rol oynadığını və bu resursların elmi tədqiqat, təhsil, innovasiya sahələrində əvəzolunmaz informasiya bazası olduğunu diqqətə çatdırıb. Məruzədə qloballaşma və rəqəmsallaşma dövründə kitabxana-biblioqrafiya resurslarının inkişaf dinamikası, yeni texnologiyaların informasiya infrastrukturuna təsiri, informasiya təhlükəsizliyi, ənənəvi resursların elektron platformalara inteqrasiyası, istifadəçi yönümlü xidmətlərin inkişaf etdirilməsi kimi problemlər tədqiqata cəlb olunub.

Məruzəçi Azərbaycan Respublikasında kitabxana-biblioqrafiya resurslarının yerləşməsi, paylanması və menecmenti ilə bağlı statistik məlumatları ölkə kitabxanalarının iş təcrübəsi əsasında təqdim edib, bir sıra müqayisəli təhlillər aparıb. Məruzədə ölkəmizdə bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, kitabxana-informasiya fəaliyyəti sahəsində aparılan islahatların məzmunu barədə də dolğun məlumatlar verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026