BDU-da elmi seminar: “Kür çayının hidroloji rejimi, suyun keyfiyyəti və istifadə səviyyəsi”

19/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasında “Kür çayının hidroloji rejimi, suyun keyfiyyəti və istifadə səviyyəsi” mövzusunda elmi seminar keçirilib.

Kafedranın doktorantı Elnur Nağıyev mövzu ilə bağlı araşdırmalarını təqdim edib. Tədqiqat obyekti kimi Kür çayının aşağı axınında yerləşən Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Salyan, Şirvan və Neftçala şəhərləri götürülüb. Bu şəhərlərin hidroloji şəraitinin qiymətləndirilməsi və ekoloji problemlərinə dair 2000-2022-ci illəri əhatə edən məlumatlar toplanıb və təhlillər aparılıb.

Kürün aşağı axınında yerləşən şəhərlərdə 2000-2022-ci illər üçün sudan istifadənin öyrənilməsinin istiqaməti müəyyən edilib. Müqayisə üçün 2000-ci il və 2022-ci illərdə əhalinin sudan kənd təsərrüfatında və istehsal sahələrində nə qədər istifadə etməsi təhlil olunub.

Çöl tədqiqatları və monitorinqin nəticələrinə əsasən, Mingəçevir, Zərdab və Şirvan şəhərlərinin kanalizasiya sularının təmizlənmədən Kür çayına axıdılması onun  çirklənməsi və suyunun keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Su resurslarından və ehtiyatlardan səmərəli istifadə edilməsi məqsədilə tədqiqat əraziərində regionlararası və kəndlərarası məntəqələrdə yeraltı, tullantı, kanalizasiya sularını təmizləmək məqsədilə su təmizləmə sistemlərinin yaradılmasının məqsədəuyğun olduğu bildirilib. Seminarda tədqiqat ərazilərində sutəmizləyici qurğuların yerləşdirilməsi məqsədilə xüsusi xəritə sxeminin tərtib edilməsini vacibliyi də vurğulanıb.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026