BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”

07/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində fakültənin tanınmış məzunu, Meksika Milli Muxtar Universitetinin Riyaziyyat İnstitutunun professoru, Meksika Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi Natiq Atakişiyevin “Kvant aləmində Furye çevirmələri” mövzusunda elmi seminarı keçirilib.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari ilin sentyabrında Bakıda keçirilmiş xaricdə yaşayan azərbaycanlı alimlərin I forumu ölkənin elm həyatında mühüm hadisə sayılır. Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim iştirak edib, bu da yerli və beynəlxalq elm, təhsil mərkəzləri arasında əməkdaşlığı daha da gücləndirib. Professor Natiq Atakişiyev forumun iştirakçılarından biri kimi Fizika fakültəsinin seminarına dəvət olunub.
Professor Natiq Atakişiyev klassik fizika baxımından cismin hərəkətinin Nyuton mexanikasının qanunları ilə izah edildiyini qeyd edib. O, mikroaləmdə klassik fizika qanunlarının işləmədiyini vurğulayaraq, kvant mexanikasında fiziki kəmiyyətlərin təsvirində operatorların rolunu açıqlayıb. Alim qeyd edib ki, koordinat və impuls operatorunun qeyri-kommutativliyi Heyzenberqin məhşur qeyri-müəyyənlik münasibətinə gətirir. Məruzəçi operatorların xassələri, onların kommutatoru, məxsusi funksiyaları, məxsusi qiymətləri haqqında məlumat verib. Bildirib ki, kvant mexanikasında koordinat və impuls operatorlarından istifadə edərək Hamilton operatoru qurulur. Kvant mexanikasında müxtəlif təsvirlər arasında əlaqə Furye çevirmələri ilə verilə bilir. Natiq Atakişiyev Furye çevirmələrinin kvant mexanikasında müxtəlif təsvirlər arasında əlaqə yaratdığını, Furye operatorunun məxsusi funksiyalarının xətti harmonik ossilyatorun məxsusi funksiyalarına uyğun gəldiyini bildirib.
Seminarın sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025