BDU-da elmi seminar: İnformasiya mədəniyyətinin formalaşmasında İKT-nin rolu

15/12/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “İnformasiya mədəniyyətinin formalaşmasında İKT-nin rolu” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının dosenti Sima İsmayılova mövzu ilə bağlı məruzə edib. Sima İsmayılova əvvəlcə ölkəmizdə mədəniyyətin bütün sahələrinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb, həmin siyasətin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Məruzədə informasiya cəmiyyətinin yaranma səbəbləri, formalaşmasına təsir edən amillər, strukturu, informasiya-kommunikasiya texnologiyalarının qlobal informasiya mühitinin formalaşması sistemindəki aparıcı mövqeyi şərh olunub. İnformasiya mədəniyyətinin formalaşmasında İKT-nin rolu təhlil edilib. Bildirilib ki, informasiya cəmiyyətinə keçid ümumi mədəniyyətin tərkib hissəsi kimi yeni bir kateqoriyanın - informasiya mədəniyyətinin aktuallığını zəruri edib. İnformasiya mədəniyyətinin məlumatın əldə edilməsi, emalı və ötürülməsi kimi prosesləri əhatə etdiyini qeyd edən məruzəçi bunun üçün müasir texniki vasitələrin və innovativ iş üsullarının tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb. Tədqiqatda informasiya mədəniyyətinin komponentləri kimi məntiqi mədəniyyət, semiotik mədəniyyət, ünsiyyət mədəniyyəti, şəbəkə mədəniyyəti və s. kimi anlayışlar şərh olunub. İnformasiya mədəniyyətinin cəmiyyətin inkişafına təsir edən əsas faktorlardan biri olduğu vurğulanıb.

Məruzədə ölkəmizdə İKT-nin inkişafı üçün dövlət tərəfindən həyata keçirilən layihələrdən, sahənin sənəd-informasiya təminatının formalaşması dinamikasından da bəhs olunub. Ölkəmizin ümumdünya elektron məkanına sürətli inteqrasiyası istiqamətində görülən işlərdən danışılıb.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024