BDU-da elmi seminar: “Planetimizin buzlaşma mərhələləri”

13/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş elmi seminar keçirilib. Seminarda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Hidrogeologioya və geoekologiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Planetimizin buzlaşma mərhələləri” mövzusunda çıxış edib.

Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov “Elm günü”nün təsis olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamının elmin inkişafında mühüm əhəmiyyət daşıdığını və alimlər, gənc tədqiqatçılar üçün stimul olduğunu bildirib. O qeyd edib ki, son illər gənclər arasında elmi araşdırmalara maraq artıb. Bunu magistratura və doktoranturaya qəbul olunanların sayının artması da sübut edir.

Coğrafiya elmləri doktoru Vaqif Məmmədov məruzəsində diqqətə çatdırıb ki, hər il Yer kürəsində təxminən 72 mln.km2 sahəyə malik ərazi qarla örtülür. Qarın sıxlığı 0,05-0,45 q/sm3 olduğu halda, sıxılmış qarın sıxlığı 0,40-0,83 q/sm3 təşkil edir. Buzlaqlar formalaşanda isə sıxlıq 0,90 q/sm3-ə çatır. Yer kürəsində bütövlükdə buzlaşma sahəsi 16,3 mln.km2-ə yaxındır. İqlimin formalaşmasında və sirkulyasiyasında onlar əhəmiyyətli rol oynayır, buzlaqlar əriyəndə isə Yer səthinin albedosu dəyişir və istixana effekti yaranır.

Məruzədən sonra dosentlər Əfqan Talıbov, Şəkər Məmmədova, müəllimlər Şəfiqə Hümbətova, Ləman Həsənəliyeva, Nərmin Qocayeva və başqalarının sualları cavablandırılıb.

Tədbirdə Vaqif Məmmədovun “Planetimizin buzlaşma mərhələləri” adlı monoqrafiyasının təqdimatı da keçirilib.

 

 

Xəbərlər

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb
21/04/2026

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib
21/04/2026

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir
21/04/2026