BDU-da elmi seminar: “Qərbi Azərbaycanın tarixi arxiv sənədlərində”

11/10/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Qərbi Azərbaycanın tarixi arxiv sənədlərində” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov mövzu ilə bağlı məruzə edib. Nadir İsmayılov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış başlayıb. O vurğulayıb ki, bütün bunlar tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı da şərtləndirir. Ona görə də bu mövzuda daha geniş araşdırmalar aparılmalı, elmi-tədqiqat işləri yazılmalıdır.

Məruzəçi bildirib ki,  mövzunun öyrənilməsində müxtəlif qaynaqlardan, o cümlədən, yerli, türk, rus, gürcü qaynaqlarından istifadə olunub. Tədqiqatda tarixən Azərbaycan türklərinin yaşadığı Qərbi Azərbaycanın mahalları, həmçinin İrəvan xanlığı haqqında mövcud mənbələr diqqətə çatdırılıb, bölgənin tarixi, ərazisi, əhalisi, etnoqrafiyası, mədəniyyət abidələri ilə bağlı arxiv sənədləri, kitablar, qəzet və jurnal materialları, məcmuələr, həmçinin internet resursları təqdim olunub. Məruzədə məşhur Şərq və Avropa səyyahlarının, tarixçilərinin əsərlərindən sitatlar verilib, tarixi faktlar, Qərbi Azərbaycana aid xəritələr nümayiş etdirilib. Tədqiqatda soydaşlarımızın Qərbi Azərbaycandan dəfələrlə deportasiya edilməsi də arxiv sənədləri ilə şərh olunub.

Məruzəçi çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərlə yekunlaşdırıb: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.

Elmi seminar iştirakçıların böyük marağına səbəb olub, məruzə ətrafında geniş müzakirələr aparılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024