BDU-da elmi seminar: “Tədrisin informasiya təminatında məktəb kitabxanalarının rolu”

03/06/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Tədrisin informasiya təminatında məktəb kitabxanalarının rolu” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Aynur Ələsgərova məruzə edib.

Gənc tədqiqatçı məktəb kitabxanalarının tarixən formalaşması, inkişaf mərhələləri, onların təhsil prosesindəki rolu barədə məlumatları diqqətə çatdırıb. “Kitabxana işi haqqında” qanunda kitabxanaların elm, təhsil, tərbiyə, mədəniyyət, informasiya funksiyalarını yerinə yetirən sosial institut kimi təsbit olunduğunu bildirən məruzəçi məktəb kitabxanalarının bu istiqamətlərdəki rolundan bəhs edib. Onların şagirdlərin tədris və tərbiyə prosesində, eləcə də mütaliə vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Araşdırmada tədrisin informasiya təminatında aparıcı rola malik olan məktəb kitabxanalarının müasir informasiya cəmiyyətinin tələbləri səviyyəsində təşkili, kitabxana fondlarının rəqəmsal resurslarla zənginləşdirilməsi, şagirdlərin informasiya axtarışı bacarıqlarının davamlı inkişaf etdirilməsi, onlarda müstəqil öyrənmə vərdişlərinin formalaşması, məktəb kitabxanalarının informasiya resurslarının idarə edilməsi kimi istiqamətlər tədqiq edilib, bütün bunların tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərdiyi vurğulanıb. Məruzədə həmçinin məktəb kitabxanalarının strukturu, potensialı, hədəfləri, kitab fondu, komplektləşdirilmə mənbələri, məktəb kitabxanalarında təşkil edilən müxtəlif tədbirlər barədə məlumatlar diqqətə çatdırılıb.

Elmi seminarın sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

Xəbərlər

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026