BDU-da “Elmin inkişafı davamlı gələcəkdir” mövzusunda dəyirmi masa

27/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Elmin inkişafı davamlı gələcəkdir” mövzusunda dəyirmi masa keçirilib. Fakültə rəhbərliyi, bioloq alim və gənc tədqiqatçıların iştirak etdiyi tədbirdə müasir dövrdə biologiya elminin prioritet istiqamətləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı Afət Məmmədova il ərzində əldə olunmuş nailliyətlərdən söz açaraq, növbəti illərdə biologiya elmində prioritet  istiqamətlərin tədqiq olunmasının vacibliyini diqqətə çatdırıb. O, biologiya elminin aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Fakültənin professorları Ralfrid Həsənov, Xudaverdi Qənbərov, Ülviyyə Həsənova,  Rövşən Xəlilov çıxışlarında biologiyada multidissiplinar tədqiqatların, tətbiqi və iqtisadi səmərəsi olan mövzuların araşdırılmasının ölkənin inkişafına fayda verdiyini qeyd ediblər.

Gənc tədqiqatçı Aytac Baxşıyeva dəyirmi masa iştirakçılarına Biologiya fakültəsində elmi motivasiyanın formalaşması, apardıgı elmi tədqiqat işi barədə məlumat verib.

Dəyirmi masada Biologiya fakültəsi alimlərinin elmmetrik bazalarda reytinqləri, mühüm elmi nəticələri haqqında məlumatlar da diqqətə çatdırılıb.

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026