BDU-da elmi-praktik konfrans keçirilib və Mətbuat Şurasının sədri Əflatun Amaşov tələbələrə qonorar verib

24/05/2016

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində jurnalist-publisist Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində” adlı elmi-praktik konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə keçirilən konfransı Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev açaraq "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, bu sərəncama əsaslanaraq çağdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək üçün 10 may 2016-cı il tarixdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov əmr imzalayıb. O, sözügedən konfransın da məhz bu sərəncam və əmr əsasında təşkil olunduğunu vurğulayıb.

Sonra fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva tədbirin yüksək səviyyədə keçirilməsində fakültəyə daim dəstək olan BDU rəhbərliyinə, eyni zamanda Mətbuat Şurasına  minnətdarlığını bildirib. 
Konfransda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Respublika Arxiv İdarəsində Ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, Mətbuat tarixi kafedrasının müəllimi Nəsiman Yaqublu, millət vəkili Aqil Abbas, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək, tədbirin mövzusu barədə öz fikir və düşüncələrini çatdırıblar.
Konfransda Ceyhun Hacıbəyli haqqında tələbələrin hazırladığı kiçik həcmli film də nümayiş etdirilib.
Tədbirin sonunda MŞ-nın sədri, deputat Əflatun Amaşovun şəxsi təşəbbüsü ilə dosent Könül Niftəliyevanın baş redaktoru olduğu "Jurnalist” qəzetinin növbəti sayının çapdan çıxması münasibətilə mətbu orqanın ərsəyə gəlməsində xidmətləri olan tələbələrə qonorar verilib və xatirə şəkli çəkdirilib.

Mətbuat və informasiya şöbəsi, 24 may 2016-cı il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024