BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqənin nəricələri açıqlanıb
BAKI DÖVLƏT UNİVERSİTETİ
Universitetdaxili Tədqiqat və İnkişaf Fondu çərçivəsində elan olunmuş elmi-tədqiqat layihələri
MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ
Bakı Dövlət Universitetində (BDU) Universitetdaxili Tədqiqat və İnkişaf Fondu çərçivəsində 2026-cı il 30 sentyabr tarixində elan olunmuş elmi-tədqiqat layihələri müsabiqəsinə 49 layihə təqdim olunub.
Təqdim olunmuş layihələr müəyyən edilmiş qaydada tədqiqatın əhəmiyyəti, elmi yeniliyi, metodologiyasının etibarlılığı, elmi nəticə və nəşr potensialı, layihə rəhbəri və icraçılarının tədqiqat bacarıqları, layihənin icra imkanlarının təhlili və digər meyarlar əsasında ekspertlər tərəfindən qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, Müsabiqə Komissiyası aşağıdakı layihələri qalib elan edib:
1. Fundamental tədqiqat layihələri
- Antioksidantlarla yüklənmiş HSA@Fe3O4 nanokonyuqatlarının eritrosit membranlarının oksidativ zədələnməsinə təsiri
- Yod və yod–xlor tərkibli Sn əsaslı hibrid perovskit/metal oksid (ZnO, TiO2) nanostrukturlarının alınması və tədqiqi
- Ge-Sb-Te sistemində yeni van der Vaals materiallarının dizaynı və quruluş-xassə əlaqələri
- Ampisillin–bentonit nanokompozitlərinin S. aureus-a qarşı antibakterial və antibiofilm aktivliyinin öyrənilməsi
- Simbiotik ulduzlarda yüksək sürətli maddə atılmalarının (jetlərin) spektral və fotometrik tədqiqi
2. Tətbiqi tədqiqat layihələri
- Boyama xüsusiyyətlərinə malik yeni imin tərkibli ansamblların sintezi və tədqiqi
- Fe3O4/xitozan/qrafen oksid hibrid nanosistemlərində xrizin daşınmasının interfeys mexanizmləri və pH-dan asılılığı
- FeGaInS4 kristalları əsasında maqnit-elektrik sensor elementinin hazırlanması
- Darçın aldehidi əsasında piridazin və tiazol törəmələrinin sintezi və xərçəng hüceyrələrinə qarşı antiproliferativ aktivliyi
- Heteroatomlarla modifikasiya olunmuş qrafen nanolaylarının qaz detektor elementləri üçün funksional xassələrinin tədqiqi
3. Gənc alim və tədqiqatçı layihələri
- PVS/TiO2/CuO nanokompozitlərinin hazırlanması, struktur və funksional xassələrinin tədqiqi
- 10 GeV NICA enerjilərində pp-toqquşmasında birbaşa fotonların alınması altproseslərinə radiasiya əlavələri
- Dərin evtektik həlledicilər əsasında azot və kükürd tərkibli yeni heterotsiklik birləşmələrin sintezi
- Şiff əsaslarının quruluşu ilə idarə olunan 2D/1D antibakterial laylı nanokompozitlərin alınması
- Meteoroloji qeyri-müəyyənlik şəraitində bərpaolunan enerji əsaslı elektrik doldurma infrastrukturunun süni intellekt vasitəsilə proqnozlaşdırılması
Müsabiqədə iştirak edən bütün tədqiqatçılara təşəkkürümüzü bildirir, qalibləri təbrik edirik.

