BDU-da Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin interaktiv xəritəsinin təqdimatı keçirilib

23/05/2025

Bakı Dövlət Universitetində "Environmental Protection First" koalisiyasının hazırladığı Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin ətraf mühitə təsirlərini əks etdirən interaktiv xəritənin təqdimatı keçirilib.

Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və koalisiyanın üzvü Müqabil Bayramov çıxış edərək "Environmental Protection First" (EFP) koalisiyasının fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Koalisiyanın həmtəsisçisi Amin Məmmədov görüşün əsas məqsədinin Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin Qafqazda ətraf mühitə təsiri barədə məlumatlandırılması, eləcə də bu fəaliyyət nəticəsində ətraf mühitə dəyən zərərin qiymətləndirilməsi istiqamətində birgə fəaliyyətə qoşulmağı təşviq etməkdir. Görüş zamanı bildirilib ki, Ermənistan ərazisində 20-dən çox nöqtədə Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə Ermənistan Respublikası tərəfindən müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında geniş hesabat və interaktiv xəritə hazırlanıb. İnteraktiv xəritənin hazırlanmasında müxtəlif illərə aid xəritələrdən, arxiv və digər hesabat materiallarından geniş istifadə olunub.

Sonra xəritənin hazırlandığı interaktiv saytın əyani təqdimat keçirilib və saytın funksional imkanları barədə məlumat verilib.

Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026