BDU-da Fe nanonaqillərinin sintezinə dair elmi seminar

21/11/2022

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “Fe nanonaqillərinin sintezi və xassələrinin tədqiqi (icmal)” mövzusunda elmi seminar keçirilib.

Seminarda məruzə ilə çıxış edən kiçik elmi işçi Sevinc Məmmədyarova bildirib ki, 1D nanomateriallar elektronikada, maqnit qurğularında, optika və kataliz sahəsində geniş tətbiq sahəsinə malikdir. Bunların içərisində Fe nanonaqilləri mühüm əhəmiyyət kəsb edir. O, Fe nanonaqillərinin müxtəlif metodlarla (kimyəvi reduksiya, hidrotermiki və elektrokimyəvi çökdürmə) sintezi və xassələri haqqında məlumat verib. Maqnit sahəsinin intensivliyi, reduksiyaedicinin qatılığı, reaksiya müddəti və reaksiya temperaturu kimi müxtəlif parametrlərin Fe nanostrukturların morfologiyasına təsirindən danışıb və nanonaqillərin sintezi üçün optimal reaksiya şəraiti barədə iştirakçıları məlumatlandırıb.

Seminarda Fe nanonaqillərin müxtəlif mühitlərdə stabilliyi və baş verən dəyişikliklərin müşahidəsi üçün rentgen difraksiya (XRD) və diferensial skan edən kalorimetr (DSC) nəticələri haqqında da danışılıb.

Məruzə üzrə məlumatlar slaydlar vasitəsi ilə təqdim edilib.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş
31/08/2026

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb
31/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
31/08/2026