BDU-da Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı

27/12/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub.

Konsertdən öncə BDU-nun Kimya fakültəsinin II kurs tələbəsi Səbinə İbrahimxəlilovanın “Yeddi gözəl” adlı sərgisinə baxış keçirilib.

Musiqişünas Vəfa Abbasova dahi bəstəkarın həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin bütün janrlarında çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir.

Daha sonra konsert proqramı təqdim olunub. Xalq artistləri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova və Teyyub Aslanovun (xanəndə) ifasında bəstəkarın “Odlar ölkəsi”, “Azərbaycan elləri”,  “1001 gecə” baletindən duet  - “1001 gecəni düşünərkən”, “Gülüm” romansı, “Bulaq başında”, “Böyük dayaq” kinofilmindən “Pərişanın mahnısı”, “Aşıqsayağı”, “Sevil” operasından “Balaşın mahnısı”, “Fantaziya”, “Reyhan”, “Laylay”, “Kor ərəbin mahnısı”, “Baharımsan”, “Gözəlim sənsən”, “Mən səni araram”, “Aslanın mahnısı” və “Gözün aydın” musiqili komediyasından “Rəqs” adlı musiqi əsərləri təqdim edilib.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026