BDU-da “Fiziki məhdudiyyətli şəxslərə informasiya xidməti göstərilməsində veb texnologiyalarının rolu” mövzusunda müzakirələr aparılıb

24/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Fiziki məhdudiyyətli şəxslərə informasiya xidməti göstərilməsində veb texnologiyalarının rolu” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dissertantı Fəridə Abdullazadə mövzu ilə bağlı məruzə edib. Məruzədə kompüter və şəbəkə texnologiyaları vasitəsilə fiziki məhdudiyyətli şəxslərin informasiya mənbələrinə çıxışının təmin edilməsi problemi şərh olunub. Bu sahədə müxtəlif ölkələrdə əldə edilmiş təcrübələrdən danışılıb, müəyyən müqayisəli təhlillər aparılıb. Fiziki məhdudiyyətli şəxslərin internet üzərindən informasiya resurslarına əlyetərliyinin təmin olunması üçün istifadə etdilən köməkçi, assistiv texnologiyalar, onların tətbiqi və istifadə üsulları barədə ətraflı məlumatlar verilib. Qrafik masaüstü brauzerlər, mətn brauzerləri, səs brauzerləri, multimedia pleyerləri, plaginlər barədə informasiyalar diqqətə çatdırılıb. İnformasiya xidmətlərinə web texnologiyalarının tətbiq edildiyi müasir şəraitdə informasiya xidmətlərinin göstərilməsində kitabxanaların bu kimi amilləri nəzərə almasının vacibliyi vurğulanıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Dekan müavini Zahidə Rzayeva, kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, Nadir İsmayılov, dosentlər Pərviz Kazımi, Rəşad Qardaşov, Xuraman Ağayeva məruzə ilə bağlı fikirlərini bildiriblər.

Xəbərlər

BDU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib

BDU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib
18/02/2025

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib
18/02/2025

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb
17/02/2025