BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim

17/11/2026

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının Tətbiqi riyaziyyat və kibernetika, Fizika fakültələri üzrə könüllülərinin birgə təşəbbüsü ilə “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim keçirilib.

Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin direktoru İsmayıl Zeynalov təlimdə iştirakçılara süni intellektin müasir fizika tədqiqatlarında tətbiqi, fiziki sistemlərin modelləşdirilməsi, eksperimental məlumatların emalı və təhlili imkanları barədə ətraflı məlumat verib. O, süni intellekt texnologiyalarının mürəkkəb fiziki proseslərin öyrənilməsində, elmi məlumatların sistemləşdirilməsində və tədqiqat nəticələrinin dəqiqliyinin artırılmasında əhəmiyyətini diqqətə çatdırıb.

Təlimin praktiki hissəsində süni intellekt modellərinin fiziki sistemlərin təhlilində tətbiqi, məlumatlarda anomaliyaların aşkarlanması və əldə olunan nəticələrin vizuallaşdırılması üsulları nümayiş etdirilib. İştirakçılar nəzəri biliklərin praktiki tətbiqi ilə tanış olub, süni intellekt vasitəsilə fiziki proseslərin modelləşdirilməsi və eksperimental nəticələrin təhlili imkanları barədə məlumat əldə ediblər.

Sonda mövzu ətrafında müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2026

BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim

BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim
17/11/2026