BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

20/08/2026

2026-ci il 1-3 sentyabr tarixlərində Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Riyaziyyat İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Botanika İnstitutu, Molekulyar Biologiya İnstitutu, akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu, Kimya İnstitutu, Coğrafiya İnstitutu, Geologiya İnstitutu, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, İqtisadiyyat İnstitutu və İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun doktoranturasına qəbul üzrə “Fəlsəfə” fənnindən qəbul imtahanları BDU-nun 2 nömrəli tədris binasının 305 və 309 nömrəli auditoriyalarında keçiriləcəkdir.

İmtahanlarda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilmiş xarici dil üzrə qəbul imtahanında müvafiq keçid balını toplamış (və ya DİM tərəfindən müvafiq beynəlxalq dil sertifikatı təsdiqlənmiş) iddiaçılar iştirak edəcəklər.

Qəbul imtahanı BDU-da təşkil olunmuş İmtahan Komissiyasında şifahi formada aparılacaqdır.

Ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

http://md.bsu.edu.az/az/announcement/191

http://md.bsu.edu.az/az/announcement/189

Qeyd: İddiaçılardan imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etmələri tələb olunur.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026