BDU-da Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzi yaradılıb

11/12/2014

Qloballaşmanın vüsət aldığı müasir dünyada elm və təhsilin vəhdətini və elmi-texniki tərəqqini təmin edən yüksək texnologiyalar (nanotexnologiya, biotexnologiya və s.) müxtəlif elmlərin kəsişmə nöqtəsi kimi formalaşıb. Hazırda bu tip tədqiqatlar kimyaçıların, fiziklərin, bioloqların və digər sahələrdə çalışan mütəxəssislərin birgə iştirakı ilə aparılır. Bu gün yüksək texnologiyalar sahəsində çalışan mütəxəssislərin müxtəlif elm sahələri üzrə bilik və bacarıqlara malik olması tələb olunur ki, bu da təhsil prosesində fənlərarası inteqrasiya və kadr hazırlığı prosesinə multidissiplionar yanaşma tələb edir. Yüksək texnologiyaların təhsil prosesi ilə inteqrasiyası bioenerjinin, enerjitutumli məhsulların, sağlamlıq və ekoloji təhlükəsizliyin yaradılması üçün də geniş imkanlar açır. Elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, fənlərarası inteqrasiya zəminində kadr hazırlığının təmin edilməsi, müasir elmin tələblərinə uyğun yeni problemlərin, yüksək texnologiyalar üzrə prioritet istiqamətlərin müəyyən edilərək bu istiqamətlərdə elmi tədqiqatların aparılması və bu sahədəki elmi innovasiyaların təhsil mühitinə transferinin təşkil edilməsi məqsədi ilə BDU-da akademik A.M.Məhərrəmovun ümumi elmi rəhbərliyi ilə Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzi yaradılıb. Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzinin strukturu aşağıdakı kimi müəyyən edilib:

-         Nanoaraşdırmalar laboratoriyası;

-         Analitik və quruluş təhlili laboratoriyası;

-         Biotexnologiya laboratoriyası;

-         Radioekologiya və radiobiologiya laboratoriyası.

Mərkəzin yaradılması haqqında BDU üzrə verilmiş əmrlə Fizika, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin dekanlarına tapşırılıb ki, elm və təhsilin vəhdətini təşkil etmək məqsədi ilə Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzinin müvafiq elmi işçilərinin tədris prosesinə və fakültənin professor-müəllim heyətinin Mərkəzdə elmi-tədqiqat işinə cəlb edilməsini təmin etsinlər.

Mətbuat və informasiya şöbəsi, 11 dekabr 2014-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024