BDU-da “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində təlimlər

22/01/2025

Bakı Dövlət Universiteti (BDU), Mədəniyyət Nazirliyi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda təlimlər keçirilir.

Proqramın açılış mərasimində çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər fotojurnalistika təlimlərinin gənc jurnalistlərin praktiki biliklərə yiyələnmələri baxımından böyük rola sahib olduğunu bildiriblər. Qeyd ediblər ki, hazırda həyatın ayrılmaz parçasına çevrilən texnologiyaları öyrənmək və tətbiq etmək media məhsulunun keyfiyyətini daha da artırır.

Azərbaycanda gənc fotojurnalistlərin və bu sahədə çalışmaq istəyən tələbələrin yaradıcılıqlarını inkişaf etdirmək məqsədilə keçirilən təlimlər milli mətbuatımızın 150 illik yubileyinə həsr olunub. Layihə fotojurnalistlərin və tələbələrin işlərini rəqəmsal platformalarda yaymaq və satmaq üçün imkanlar yaratmağı, həmçinin yerli və beynəlxalq əməkdaşlığı da təşviq edir.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026