BDU-da futbol yarışları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

06/05/2017

Bakı Dövlət Universitetinin idman meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol yarışları qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışlarının, o cümlədən futbol çempionatının keçirildiyni bilidirb. Məlum olub ki, futbol yarışlarında universitetin 17 fakültəsi və xarici tələbələrdən ibarət komanda təmsil olunub.

Ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş futbol çempionatında birinci yeri Hüquq, ikinci yeri isə Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri tutub. Üçüncü yerin sahibi Filologiya, Sosial və psixologiya  fakültəsinin tələbələri olublar.

Tədbir konsert proqramı ilə davam edib.

Mətbuat və informasiya şöbəsi, 06 may, 2017-ci il.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026