BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

24/09/2026

Bakı Dövlət Universitetində (BDU) "FUTURE17 Challenge" proqramı çərçivəsində seçilmiş mentorlarla ilkin görüş keçirilib. Görüşdə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov iştirak edib.

Görüş zamanı "FUTURE17 Challenge" proqramının məqsədləri, qarşıdakı mərhələlər, mentorların proqram çərçivəsində rolu və iştirakçılarla iş mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Tədbirdə qeyd olunub ki, proqram çərçivəsində mentorların təcrübə və biliklərindən istifadə etməklə iştirakçıların innovativ ideyalarının inkişaf etdirilməsi, layihələrin təkmilləşdirilməsi və real problemlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.

Qeyd edək ki, dünyanın nüfuzlu reytinq qurumlarından biri olan QS və İngiltərənin Ekseter Universiteti tərəfindən həyata keçirilən “FUTURE17 Challenge” layihəsinin tərəfdaşlarından biri də BDU-dur. Bu layihə çərçivəsində gənclərin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqəli innovativ ideyalarının və layihələrinin inkişaf etdirilməsinə, sosial və ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur. Proqram iştirakçıların innovativ düşüncə, komanda işi, layihələrin idarə olunması və problemyönümlü yanaşma bacarıqlarının inkişafına imkan yaradacaq.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026