BDU-da Füzuli Şəhəri Günü qeyd edilib

17/10/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “BDU könüllüləri” və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə 17 oktyabr - Füzuli Şəhəri Günü münasibətilə tədbir keçirilib. Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tədbirin moderatoru – Qarabağ müharibəsi veteranı, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamının əhəmiyyətindən bəhs edib: “17 oktyabr 2020-ci ildə xüsusi strateji əhəmiyyətə malik olan Füzuli şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində inamlı qələbəmizə gedən yolumuzu aydınlatdı, xalqımızda yüksək əhval-ruhiyyə, gələcəyə böyük inam yaratdı, tarixi Zəfərimizi daha da yaxınlaşdırdı”.

Sonra Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov, Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov çıxış ediblər. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən parlaq səhifəsidir. Çıxış edənlər Qarabağda aparılan son antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyinin tam bərpa olunmasının, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qalasında, Sərsəng su anbarının ərazisində bayrağımızı ucaltmasının sonsuz qürurunu yaşadığımız günlərdə Füzuli Şəhəri Gününün qeyd edilməsinin xüsusilə böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Tədbir fakültə tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025