BDU-da göbələk xəstəliklərinə dair elmi seminar

29/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Göbələklər və onların canlı orqanizmlərdə törətdiyi xəstəliklər” mövzusunda elmi seminar keçirilib.

Botanika və bitki fiziologiyası kafedrasının dosenti Lalə Mehdiyeva mövzu ilə bağlı məruzə edib. Məruzəçi göbələklərin insan, heyvan, quş, bitki və həşəratlarda yaratdığı xəstəliklər barədə məlumat verib. Bildirib ki, Plazmodiophora brassica kələmdə kila, Oomycota göbələkləri kartofda fitoftora (Phytophthora intestans), üzümdə mildium (Plazmopara viticola), Chytridiomycota kələmdə qaraayaq, kartofda xərçəng (Olpidium brassica, Synchytrium endobioticum), Zygomycota göbələkləri (Mucor və Rizopus) insanlarda dermatomikoz xəstəliklərini əmələ gətirir.

Seminar iştirakçıları ali göbələklərin taxıl bitkiləri, meşə ağacları, meyvə və tərəvəzlərdə törətdikləri xəstəliklər barədə də ətraflı məlumatlandırılıb.

Göbələklərin faydalı xüsusiyyətlərinin də olduğunu qeyd edən məruzəçi bildirib ki, Mucor göbələklərindən keyfiyyətli içkilərin alınmasında istifadə olunur. Quzuqarnı (Morchella esculenta), Quzu göbələyi (Gyromitra esculenta), rus, fransız və Qafqaz donbalan göbələkləri insanların qidası üçün əhəmiyyətlidir.

Şampinyonlar (Agaricales) da qida kimi istifadə olunur və zülal tərkibinə görə birinci yerdədir.

Seminarda göbələklərin müxtəlif növlərinin spesifikliyi və orqanizmlərdə yaratdığı dönməz problemlər müzakirə edilib, məruzəçiyə müxtəlif suallar ünvanlanıb.

Xəbərlər

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib
29/04/2026

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb
29/04/2026

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək
29/04/2026