BDU-da “Geosiyasətdə urbanizasiyanın rolu” mövzusunda görüş

26/12/2025

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “Geosiyasətdə urbanizasiyanın rolu: Beynəlxalq münasibətlər timsalında” mövzusunda görüş keçirilib.

Görüşdə BDU əməkdaşı Qasım Xəlilov urbanizasiyanın dövlətlərin daxili və xarici siyasətində oynadığı roldan, böyük şəhərlərin geosiyasi güc mərkəzlərinə çevrilməsi və bu prosesin regional balanslara təsirindən söz açıb. Həmçinin müasir nümunələr əsasında urbanizasiyanın yaratdığı imkanlar və qarşıya çıxardığı çağırışlar geniş müzakirə olunub.

Daha sonra iştirakçılar qruplara bölünərək urbanizasiya mövzusu ətrafında öz düşüncələrini ətraflı şəkildə təsvir ediblər. Qrup müzakirələri çərçivəsində urbanizasiyanın sosial, iqtisadi, mədəni və siyasi təsirləri, şəhər mühitinin inkişaf perspektivləri, eləcə də bu prosesin cəmiyyətə yaratdığı imkanlar və çağırışlar barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026