BDU-da “Günəbaxan” uşaq jurnalının və “Məbəd” esselər toplusunun təqdimat mərasimi keçirilib

13/03/2025

Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin tələbələri tərəfindən hazırlanan “Günəbaxan” uşaq jurnalının və fakültənin məzunu Əsgər İsmayılovun “Məbəd” esselər toplusunun təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış media nümayəndələri və fakültənin müəllim-tələbə heyəti iştirak edib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Günəbaxan” jurnalının əhəmiyyətindən danışaraq, tələbələrin təşəbbüsü ilə belə bir layihənin icrasının təqdirəlayiq olduğunu bildiriblər. Fakültənin məzunu Əsgər İsmayılovun “Məbəd” esselər toplusunun BDU-nun 105, fakültənin 55 illik yubileylərinə böyük töhfəsi olduğunu diqqətə çatdırıblar.

Daha sonra “Günəbaxan” jurnalının yaradıcı heyəti – Ayhan Ağarzayev, Nəzakət Sadıqova, Mahmud Əskərli, Fərhad Musayev, Fatimə Əsədzadə və Əli Əhmədov nəşrin ideyası, hazırlanma prosesi və məzmunu haqqında geniş məlumat veriblər.

Xəbərlər

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar
17/04/2026

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb
16/04/2026

BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tədris təcrübəsində

BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tədris təcrübəsində
16/04/2026