BDU-da gənc tədqiqatçılar üçün “Open Science Azərbaycan” layihəsinin seminarı keçirilib

09/02/2022

Bakı Dövlət Universitetində (BDU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçıar arasında Open Science platformasının təbliği” mövzusunda seminar keçirilib.

Layihənin əsas məqsədi gənc tədqiqatçılara Open Science, Open Access, Open Research Date, Open İnnovation, Open Research Computation, ResearchGate, Scientific Social Network haqqında bilik və informasiyalar vermək, Open Access jurnallarına çıxış imkanları, ORCID, indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında məlumatlandırmaq, Open Science-in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.

Açılış mərasimində BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev çıxış edərək “Open Science Azərbaycan” layihəsi haqqında iştirakçılara məlumat verib.

Daha sonra təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında Azərbaycanın gənc alim, doktorant və magistrların elmi araşdırmalar, tədqiqatlar və məlumatlarının beynəlxalq indeksdə yayınlanmasının vacibliyinə diqqət çəkib. Ölkənin ali təhsil müəssisələrindən “Open Science Azərbaycan” layihəsində iştirak etməsi üçün gənc tədqiqatçıların seçilərək BDU-da yaradılan mərkəzdə, tədqiqatların beynəlxalq indeksdə yayınlanmasının və istifadəsinin üsulları mənimsənilməsi haqqında danışıb.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. Bidirib ki, bu layihənin də tətbiqi gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsi, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edəcək. Bu da sözsüz, gənclər üçün yeni imkanlar yaradacaq, onların elminin inkişafında təkan olacaq.

Seminarda AGADMC-nin eksperti, fəlsəfə doktoru Sevinc Ədilova “Açıq tədqiqat materialları. İndekslər və data (verilənlər) bazalar” mövzusunda geniş təqdimatla çıxış edib. Azərbaycanda və Qafqazda elmi konfransların vahid bazada toplanılması üçün yaradılmış AcademyGate  haqqında geniş danışıb
Sonda BDU tədqiqatçılarının sualları cavablandırılıb və Universitetin 25 nəfər gənc tədqiqatçısı xüsusi sertifikatlarla təltif olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024