BDU-da “Gənclik həftəsi-3” keçirilir

13/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Gənclik həftəsi-3” layihəsinə start verilib.

“Gənclik həftəsi-3” layihəsinin məqsədi tələbələrin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.

Layihənin açılış mərasimində çıxış edən BDU-nun TGT sədri Harun Mehdiyev  və təşkilatın nümayəndələri layihədə iştirak edən tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gənclərin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün bu cür layihələrin davamlı olacağını qeyd ediblər.

“Gənclik həftəsi-3” çərçivəsində BDU tələbələrini dərsdən sonrakı zamanlarını səmərəli keçirmək, əylənmək və öyrənmək məqsədilə müxtəlif fəaliyyətlər (oyunlar, yarışlar, təlimlər) gözləyir. Layihədə aktiv iştirakı ilə fərqlənən gənclər hədiyyə və sertifikatlarla təltif olunacaqlar.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026