BDU-da “Gənclik həftəsi” keçirilir

16/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Gənclik həftəsi 2” layihəsinə start verilib.

Aprelin 19-dək davam edəcək “Gənclik həftəsi 2” layihəsinin məqsədi tələbələrin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.

Layihənin açılış mərasimində çıxış edən BDU-nun TGT sədri Ələkbər Həsənov layihədə iştirak edəcək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, gənclərin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün bu cür layihələrin davamlı olacağını qeyd edib. “Gənclik həftəsi 2” çərçivəsində BDU tələbələrini dərsdən sonrakı zamanlarını səmərəli keçirmək, əylənmək və öyrənmək məqsədilə müxtəlif fəaliyyətlər (oyunlar, yarışlar, təlimlər ) gözləyir. Layihədə aktiv iştirakı ilə fərqlənən gənclər hədiyyə və sertifikatlarla təltif olunacaqlar.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026