BDU-da “Gəncliyin uğur üçbucağı: Sağlam ol, yaxşı təhsil al, doğru peşə seç” adlı layihənin təlimi keçirilib

27/12/2019

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin uğur üçbucağı: Sağlam ol, yaxşı təhsil al, doğru peşə seç” adlı layihənin ilk tədbiri Bakı Dövlət Universitetində keçirilib. Layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin sağlam olması, yaxşı təhsil almaları və səriştə əsaslı peşə və ixtisas seçimində onlara dəstək olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına töhfə verməkdir.

Layihənin  rəhbəri BDU-nun Geologiya fakültəsi, Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbəsi Rayaxanım Ağazadə təlimlərdə çıxış edərək bildirib ki, davamlı inkişaf baxımından peşə seçiminin əhəmiyyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Reallıqları nəzərə alaraq, qeyd etmək lazımdır ki, bundan sonra ancaq innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə etmək imkanına malikdir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “qara qızıl”ın “insan qızılı”na çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Bu hədəflərə çatmaq və töhfə vermək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhfə verməyə təşviq edir”, – deyə R.Ağazadə vurğulayıb.

Təlimdə BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, Geologiya fakültəsinin dekanı, dosnet Məhluqə Məmmədova, Dövlət İdarəçilik Akademiyasının Xarici dillər kafedrasının müdiri, dosent Yusif Ağayev, Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrası”nın dosenti, fəlsəfə doktoru Elşan Əhmədov, İdman Könüllüləri Hərəkatının rəhbəri, Dövlət İdarəçilik Akademiyası “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi” kafedrasının müəllimi Miraqil Seyidzadə, informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Atiq Əliyev, DİA-nın tələbəsi Zərif Qazi, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin rəhbəri Cavidan Ağazadə  və digərləri çıxış edərək cəmiyyət həyatı üçün gənclərinin verdikləri qərarların əhəmiyyətindən, gənclərin sağlam olmaları, yüksək təhsil göstəricilərinə malik olmaları və doğru peşə seçmələrinin əhəmiyyətini qeyd ediblər.

Çıxışçılar gənclərin sağlam olmaları, yaxşı təhsil almaları, doğru peşə seçmələrinin əhəmiyyəti və inkişafı konsepsiyasının önəmini, onun təşviqinin vacibliyini vurğulayıblar. Bildirilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyi işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatı olmaqla bərabər, eyni zamanda, cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından vacibdir. Sonda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gəncliyin uğur üçbucağı: Sağlam ol, yaxşı təhsil al, doğru peşə seç” adlı təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024