BDU-da "Gənclərin vətənpərvərlik ruhunda formalaşmasında qəhrəmanlarımızın rolu" mövzusunda tədbir

05/05/2025

Bakı Dövlət Universitetində (BDU) Geologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Gənclərin vətənpərvərlik ruhunda formalaşmasında qəhrəmanlarımızın rolu" mövzusunda tədbir keçirilib.

Geologiya fakültəsinin dekan müavini Ələkbər Mirzəyev gəncliyin milli-vətənpərvərlik ruhunda formalaşmasının zəruriliyindən bəhs edib. O bildirib ki, informasiya müharibəsinin geniş vüsət aldığı indiki dövrdə gənclərin milli-mənəvi dəyərlərə sahib çıxması və ölkəmizin maraqlarını müdafiə edə biləcək vətəndaş kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. O, bu istiqamətdə Universitetdə, xüsusilə Geologiya fakültəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Geologiya fakültəsinin Kompleks geoloji və geofiziki tədqiqat elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxışında Azərbaycan xalqının tarix boyu üzləşdiyi ədalətsizliklər və Ermənistan tərəfindən törədilən vəhşiliklər haqqında danışıb. O, Azərbaycanın müxtəlif dövrlərdə məruz qaldığı işğallar, soyqırımı aktları və tarixi torpaqlarımızda aparılmış erməni saxtakarlıqları barədə faktlara diqqət çəkib. O, multikultural və tolerant cəmiyyət modeli kimi Azərbaycanın uğurlu təcrübəsindən bəhs edib, müxtəlif dini və etnik qrupların ölkədə sülh və qarşılıqlı hörmət şəraitində yaşamasının mühüm göstərici olduğunu vurğulayıb. Robert Mobili bu cür tədbirlərin gənclərin ictimai və vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Antiterror əməliyyatının iştirakçısı, Geologiya fakültəsinin tələbəsi Səfər Əhmədov döyüş xatirələrini bölüşüb, Vətən sevgisindən danışıb.
Tədbirdə tələbələr Azərbaycanın qəhrəman övladları Mübariz İbrahimov, Polad Həşimov, Xudayar Yusifzadə, Arəstə Baxışova, Müşfiq Orucov, Ceyhun Sadıqov, Ümman Məmmədov, Musa Abbasov, Orxan Cabbarovun həyat və mübarizə yoluna həsr olunmuş çıxışlar ediblər.
Tədbirin sonunda Vətənin azadlığı uğrunda döyüşən qəhrəmanlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

Əməkdar elm xadimi Natiq Atakişiyev BDU-da elmi seminar keçirib

Əməkdar elm xadimi Natiq Atakişiyev BDU-da elmi seminar keçirib
18/11/2025

BDU-da I kurs tələbələri üçün “Adaptasiya proqramı”

BDU-da I kurs tələbələri üçün “Adaptasiya proqramı”
18/11/2025

BDU-da “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda Respublika elmi konfransı keçirilir

BDU-da “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda Respublika elmi konfransı keçirilir
18/11/2025