BDU-da “Güneydən gələn səs” adlı ədəbi-bədii tədbir

09/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Novruz mühazirələri” layihəsi çərçivəsində Cənubi Azərbaycanda milli ədəbiyyat, xalq yaradıcılığı və adətlərinə həsr olunmuş “Güneydən gələn səs” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və Cənubi Azərbaycandan olan tanınmış musiqiçi Aşıq Çingiz Mehdipur iştirak edib.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Cənubi Azərbaycanda milli istiqlal və azadlıq ideyalarının formalaşmasına ədəbiyyatın təsirindən, Güneydəki adət-ənənələrin, milli irsimizin qorunub-saxlanmasında mühüm rolu olmuş mütərəqqi düşüncəli ziyalıların fəaliyyətindən, o cümlədən aşıq yaradıcılığının inkişaf meyllərindən söz açıb.

Məti Osmanoğlu bildirib ki, adı Azərbaycan musiqisevərlərinə yaxşı tanış olan Təbrizin “Dalğa” qrupu milli musiqi sənəti və saz ifaçılığının zirvəyə qalxması, dünyada təbliğ olunmasında böyük rol oynayıb. Qrupun fəaliyyətinin təməlində sadəcə yaxşı ifa və maraqlı ideyalar deyil, həm də ciddi nəzəri biliklər və elmi yanaşmalar dayanır. Bu böyük işin memarı Azərbaycan musiqisinin həm praktik, həm də nəzəri səviyyəsinin inkişafına mühüm töhfələr vermiş ustad Aşıq Çingiz Mehdipurdur.

Çingiz Mehdipur Cənubi Azərbaycandakı aşıq məktəbləri, eləcə də aşıq yaradıcılığının mövcud vəziyyəti, doğulub boya-başa çatdığı mühitin onun yetişməsində rolu barədə danışıb. Qeyd edib ki, aşıq sənətinin tanıdılması və yaşadılması üçün dünya səviyyəsində tədbirlər keçirməklə yanaşı, Azərbaycanda da ardıcıl elmi tədqiqatlar aparılmalıdır. O, Azərbaycanın həm cənubunda, həm də şimalında aşıq sənəti nümunələrinin toplanması, əldə edilən materialların nota alınması və elmi təhlili məsələlərini əhatə edən geniş tutumlu layihə üzərində işlədiyini vurğulayıb, layihə çərçivəsində görülən işlər barəsində məlumat verib.

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov isə Cənubi Azərbaycanda Novruz bayramı adətləri haqqında çıxış edib.

Tədbirdə Aşıq Çingiz Mehdipur sazda xalq mahnıları və aşıq havaları ifa edib, tələbələr Cənub mövzusunda şeirlər səsləndiriblər.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar
10/10/2024