BDU-da harmonik analizin aktual problemləri tədqiq edilir

02/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın müəllifi olduğu “Parabolik total Morri fəzalarında parabolik kəsr maksimal operatorun kommutatoru” (“Commutators of parabolic fractional maximal operators on parabolic total morrey spaces”) adlı məqalə “Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan “Mathematical Methods in the  Applied Sciences” jurnalında dərc edilib.

https://www.webofscience.com/wos/woscc/full-record/WOS:001458083500001

Məqalədə parabolik total Morri fəzalarında parabolik kəsr maksimal kommutator operatoru və parabolik kəsr maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınıb. Bu nəticələrin tətbiqi olaraq parabolik total Morri fəzalarında parabolik kəsr maksimal kommutator operatorun və parabolik kəsr maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb.

 

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026