BDU-da “Heydər Əliyev humanizm siyasətinin banisidir“ adlı tədbir

12/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Ədliyyə Nazirliyi ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev humanizm siyasətinin banisidir“ adlı tədbir keçirib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin siyasətinin başlıca əsaslarından biri kimi humanizm ənənələrinin yaradılması, əfvetmə və amnistiya institutlarının təşəkkül tapması, ölüm cəzasının tətbiqinə moratorium qoyulmasından bəhs edib. Dekan Ədliyyə Nazirliyi ilə birgə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.  

Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova şamil edildiyi şəxslərin dairəsinə görə müstəqillik dövründə qəbul edilmiş ən böyük əfv aktı olan “Məhkum edilmiş bir sıra şəxslərin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının nəticəsində 801 nəfərin əfv olunması, onlardan 463 şəxsin azadlıqdan məhrum etmə cəzasından, 220 şəxsin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfərin azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilməsinin əhəmiyyətini tələbələrin diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev əfv institunun əhəmiyyəti, əfv edilən şəxslərin sosial həyata adaptasiyası barədə məlumat verib.

Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026