BDU-da “Heydər Əliyev ideyaları: bütöv Azərbaycan və dayanıqlı inkişaf” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

23/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyaları: bütöv Azərbaycan və dayanıqlı inkişaf” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin BDU-nun əsas tədris binasında yerləşən büstü önünə gül dəstələri qoyublar.

Konfrans Dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransın açılış mərasimində çıxış edən, BDU-nun Coğrafiya fakültənin dekanı,  professor Məqsəd Qocamanov bu gün sürətlə inkifaf edən Azərbaycanın dünya ölkələri sırasında əhəmiyyətli yer tutduğunu bildirib: “Bugünkü Azərbaycanın bünövrəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həmin siyasəti uğurla davam etdirməsi dayanır. İllər keçdikcə Ümummilli Liderin böyüklüyü və bitib-tükənməyən irsi, onun Azərbaycan tarixində yeri və rolu, xalqımız və dövlətimiz  qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti daha dərindən dərk olunacaq”. Məqsəd Qocamanov, həmçinin, bir alim-mütəxəssis kimi yetişməsində Ümummilli Lider Heydər Əliyevin verdiyi töhfələrdən, onun tapşırığı ilə müsabiqədənkənar Moskvaya oxumağa göndərildiyindən, onunla bağlı xatirələrindən danışıb.

BDU-nun professoru, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov Heydər Əliyevin rəhbərliyi altında çalışdığı illərdən və Ulu Öndərlə dünyanın bir çox ölkələrinə olan rəsmi səfərlərindən, xatirələrindən danışıb. Heydər Əliyevin dünyada böyük nüfuza və hörmətə malik olduğunu qeyd edən professor onunla hər bir azərbaycanlının fəxr etdiyini bildirib. Dövlətimizin durmadan artan uğurlarının qazanılmasında Ümummilli Liderin xidmətlərinin ölçüyəgəlməz olduğunu, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin dahi öndərin siyasi kursunu uğurla davam etdirdiyini vurğulayıb.

Plenar iclasda BDU-nun Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev “Müstəqil dövlətimizin banisi”, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov “Regionların sosial iqtisadi inkişafının müasir vəziyyəti”, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov “Qarabağ ermənilərinin reinteqrasiyasında xarici təcrübə”, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov “Qarabağın işğaldan azad edilmiş ərazilərinin coğrafi ekspertizası” mövzuları üzrə çıxış ediblər.

Sonra konfrans öz işini üç ixtisas bölməsi üzrə davam etdirib.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024