BDU-da “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan silsilə mühazirə və elmi seminarlar davam edir

15/03/2023

Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan silsilə mühazirə və elmi seminarlar davam edir. Yaponiyanın Osaka Metropolitan Universitetinin professoru Yong-Gu Şim BDU-da “Yeni işıqla idarə olunan cihazlar üçün işığın təsiri ilə deformasiya materialları” (Photo-induced Deformation Materials for Novel Light-Driven Devices) mövzusunda mühazirə oxuyub.

Son zamanlar fotonların enerjisinin mexaniki hərəkətə effektiv çevrilməsini təmin etmək məsələsi optik olaraq idarə olunan təmassız mexaniki ötürücülərin yaradılmasının perspektivləri baxımından böyük maraq doğurur. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində Yong-Gu Şimin çalışdığı qrupda işıq şüalanması ilə üçqat tallium birləşmələrinin səthində qabarıq deformasiyanın əmələ gəlməsi hadisəsi kəşf edilib.

Hadisənin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, işıq şüalanma sahəsində lokal və dönən deformasiyaya səbəb olur. Nəticədə işığın şüalanma sahəsindən asılı olaraq deformasiyaya məkan baxımından nəzarət etmək mümkündür. Məruzəçi kəsilməz və düzbucaqlı impulslu lazerlərdə istifadə olunan üçqat tallium birləşmələrinin foto-induksiya olunmuş deformasiyası üzrə tədqiqatın nəticələrini təqdim edib.

Daha sonra Yong-Gu Şim verilən sualları cavablandırıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024