BDU-da “Heydər Əliyev mühazirələri” keçiriləcək

30/01/2023

Bakı Dövlət Universitetinin (BDU) “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən çoxsaylı tədbirlər həyata keçiriləcək. Onlardan biri də “BDU könüllüləri” təşkilatının icra edəcəyi “Heydər Əliyev mühazirələri” layihəsidir. Martın 1-dən başlayaraq dekabrın 20-dək davam edəcək layihə Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyətinin bütün mərhələlərini, milli dövlətçilik ideyalarını gənclərə aşılamaq məqsədi daşıyır.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli fəaliyyəti isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Layihə çərçivəsində tanınmış ictimai-siyasi xadimlər, hökumət nümayəndələri və dahi rəhbər ilə yaxından tanış olmuş şəxslər Ümummilli liderin siyasi kursunun incəlikləri və onun əsasını qoyduğu azərbaycançılıq ideologiyası, milli dövlətçilik fəlsəfəsini tam mahiyyəti ilə tələbə və şagirdlərə çatdıracaqlar.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026