BDU-da “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində millət vəkili Elnarə Akimova ilə görüş

09/10/2025

Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova ilə görüş keçirilib.

Giriş nitqi ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ulu Öndər Heydər Əliyevin adının Azərbaycan dövlətçiliyinin rəmzinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, dərin intellektə, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və sosial-mədəni əsaslarını yaradan, ölkəmizi dünya miqyasında tanıdan, onun inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti uğurla davam etdirir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümummilli Lider öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb, müstəqilliyimizi əbədi, dönməz edib. Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərdir. Bunun sayəsində ölkəmiz tam olaraq öz ərazi bütövlüyünü təmin edib, regionda yeni reallıqlar yaradıb.

Daha sonra məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Elnarə Akimova bildirib ki, Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2025

BDU-nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb

BDU-nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb
10/10/2025

BDU Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə anlaşma memorandumu imzalayıb
10/10/2025