BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti qonağı Vüqar Rəhimzadə olub

23/11/2023

“BDU könüllüləri” təşkilatının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü keçirilib.

Görüşün qonağı Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə olub.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan dövlətini və dövlətçiliyini məhv olmaqdan xilas edən Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuat sahəsində də yeni bir dövrün təməlini qoyub. Heydər Əliyevin digər istiqamətlərlə yanaşı, azad mətbuatın inkişafı üçün yaratdığı möhkəm zəmin bugünkü uğurlarımızı şərtləndirir. Dahi şəxsiyyətin böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara güzəştlərin təyin edilməsi istiqamətində  ardıcıl qərarların qəbul olunması, müvafiq  Fərman və sərəncamların imzalanması müstəqil mətbuata olan diqqətin təzahürü idi. 1998-ci ilin avqustunda Ulu Öndər tərəfindən  “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması azad, müstəqil  mətbuatın inkişafına geniş yol açmaqla, mətbuatın inkişafının, söz, fikir azadlığının qarşısında əsas maneə olan senzura ləğv edilib.

Vüqar Rəhimzadə Ulu Öndərin müəllifliyi ilə hazırlanan Konstitusiyamızda insan hüquqları, söz, fikir azadlığı ilə bağlı  maddələri sadalayaraq Ulu Öndərin bu sahəyə nə qədər çox diqqət yetirdiyini bildirib: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyətin güzgüsü funksiyasını  obyektivlik, qərəzsizlik, vətənpərvərlik prinsipləri əsasında yerinə yetirən mətbuatın dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdirilir, cəmiyyətin informasiya tələbatının yüksək səviyyədə yerinə yetirilməsi üçün yeni imkanlar yaradılır, XXI əsrin informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu anlayan ölkə rəhbərliyi azad mətbuatın inkişafını priortiet məsələ kimi hər zaman öndə saxlayır. Bu mühüm məqamı da qeyd etmək lazımdır ki, tarixi Zəfərimiz bütün sahələrdə, o cümlədən mətbuatda islahatların aparılmasını, təkmilləşməni bir zərurət kimi qarşıya qoydu. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması və s. kimi addımlar  bu gün medianın inkişafında mühüm əhəmiyyət kəsb edir. Xüsusilə MEDİA-nın tətbiq etdiyi mexanizmlər və yeniliklər mətbuatımızın inkişafında mühüm rol oynayır”.

Sonra Vüqar Rəhimzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və tələbələrin suallarını cavablandırıb.

Xəbərlər

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib
15/10/2024

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır
15/10/2024

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
15/10/2024