BDU-da «Heydər Əliyev» məktəbinin növbəti məşğələsi keçirilib

05/05/2011

Bu gün Bakı Dövlət Universitetində «Heydər Əliyev məktəbi»nin ulu öndərin 88-ci ildönümünə həsr olunmuş növbəti məşğələsi keçirilib. Öncə ulu öndərin universitetdəki büstü önünə gül dəstələri düzülüb, Heydər Əliyev muzeyi ziyarət edilib. Sonra tədbir böyük akt zalında davam edib. Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib, qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Akademik dahi rəhbərin elmin, təhsilin inkişafına, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasında hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov «Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri» adlı məruzə ilə çıxış edib. Natiq müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb. Deyib ki, xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamaq mümkün olub. 1993-1996-cı illərdə ictimai-siyasi sabitliyin bərpa edilməsi, həyata keçirilən ardıcıl daxili, xarici, milli dövlət quruculuğu və sosial-iqtisadi siyasət, 1994-cü ildə müvəqqəti atəşkəsə nail olunması və s. proseslər Azərbaycan Prezidentinə öz xalqının gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən strateji layihələri həyata keçirməyə imkan yaradıb. Qısa zaman kəsiyində ölkənin həm daxili həyatında bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması, həm də beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına hava-su kimi lazım olan xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin milli sektorundakı neft-qaz yataqlarının birgə istismarı, inkişaf etmiş Qərb dövlətləri və onları təmsil edən şirkətlərlə Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması və s. milli geosiyasi vəzifələrin həyata keçirilməsinin müvəffəqiyyətli sonluğunu şərtləndirib.

Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən danışan natiq, onu da bildirib ki, böyük Cənubi Qafqazın lider dövləti geosiyasi statusunun qazanılması, möhkəmləndirilməsi və qorunub saxlanması, Avropa və dünyanın enerji təhlükəsizliyi sahəsindəki mövqeləri qorumaq, gücləndirmək və ölkənin milli maraqları ilə sıx əlaqələndirmək, enerji ixracı marşrutlarının şaxələndirilməsi və yeni satış bazarlarının axtarışı siyasətinin davam etdirilməsi, geosiyasi mövqelərin möhkəmləndirilməsi taktikasının çevikləşdirilməsi və sistemli təminatı, Dağlıq Qarabağ probleminin həllinə dinc yolla nail olunması, Qərblə əməkdaşlığı zəiflətmədən, Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi, Rusiya və İranla qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi, ABŞ-İran geosiyasi ziddiyyətləri fonunda hər iki dövlətlə dostluq və tərəfdaşlıq münasibətlərinin qorunması, yeni geosiyasi reallıqlara və bundan irəli gələn qlobal çağırışlara operativ reaksiya verilməsi, strateji tərəfdaşlarla geosiyasi münasibətlərə xələl gətirmədən daha praqmatik siyasət yürüdülməsi bu böyük dövlət adamının böyük tarixi xidmətlərindən olub və həmin kurs bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra universitetin professorları Şahlar Əsgərov və İzzət Rüstəmov ümummilli liderlə bağlı xatirələrini bölüşüblər.

Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul olması ilə başa çatıb.

BDU-nunMətbuatİnformasiyaşöbəsi, 05 may, 2011-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024