BDU-da “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans

16/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Aliyev və gənclər siyasəti” adlı konfrans keçirilib.
Konfransda açılış nitqi ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə əsası qoyulan gənclər siyasətinin uğurla davam etdirilməsi, gənclərə daim xüsusi diqqət və qayğı göstərilməsi, bu sahədə dövlət qurumlarının yaradılması, qanunvericilik bazasının formalaşdırılması barədə tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.

BDU-nun TGT sədri Ələkbər Həsənov isə qeyd edib ki, Ulu Öndər hər zaman müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət verib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. Ötən əsrin 70-ci illərində məhz Ümummilli Liderin təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil alıb. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət edib. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində də digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli Ulu Öndər üçün prioritet təşkil edib.

Konfransda müxtəlif universitetlərdən olan tələbələr “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda ingilis dilində məruzələrlə çıxış ediblər. Çıxışlarda müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısı, əsasını qoyduğu dövlət gənclər siyasətinin mühüm aspektləri, ölkəmizdə aparılan kadr hazırlığı və təşkilatlanma haqqında məlumat verilib.

Sonda konfransın işində fərqlənən gənclərə sertifikatlar təqdim olunub.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024