BDU-da hibrid enerji sistemlərinin ağıllı nəqliyyat texnologiyasına tətbiqinə dair elmi seminar

11/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının elmi seminarı keçirilib.  Seminarda kafedranın III kurs doktorantı Orxan  Güləhmədov “Triboelektrik nanogeneratorlar əsasında hibrid formalı enerji sistemlərinin ağıllı nəqliyyat texnologiyasına tətbiqi” mövzusunda çıxış edib. Məruzəçi triboelektrik nanogeneratorların (TENG) fiziki əsasları, səthi strukturların TENG-in çıxış parametrlərinə təsiri, belə sistemlərin enerji generasiya edən sistem və öz-özünü enerji ilə təmin edə bilən sensor kimi tətbiqi barədə məlumat verib. O, eyni zamanda TENG-lərin ağıllı nəqliyyat texnologiyalarına tətbiqi və hibrid formalı enerji sistemlərinin yaradılmasının magistral yollarda olan bir çox elektronik sistemlər üçün enerji mənbəyi və sensor kimi istifadəsinin aktuallığı barəsində aparılmış elmi-tədqiqat işlərinin nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar
29/09/2026