BDU-da hibrid formalı enerji sistemlərinin yaradılması və tətbiqi müzakirə olunub

03/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında  növbəti elmi seminar keçirilib. Elmi seminarda laboratoriyanın əməkdaşı, Fizika fakültəsinin II kurs doktorantı  Orxan Güləhmədov  “Triboelektrik nanogeneratorlardan istifadə etməklə hibrid formalı enerji sistemlərinin yaradılması və tətbiqləri" mövzusunda çıxış edib.

Məruzəçi bildirib ki, triboelektrik nanogeneratorlar (TENG) əsasında gündəlik həyatda müxtəlif alternativ enerji mənbələrindən (külək, günəş, su dalğaları, insanların hərəkəti ilə bağlı olan biomexaniki enerji və s.) istifadə etməklə hibrid formalı enerji generasiya edən sistemlər yaratmaq olar. Bu da öz növbəsində enerji istehsalında daha yaxşı nəticələr əldə etməyə imkan verir. Bu istiqamətdə TENG-lərin istifadəsi olduqca aktual hesab olunur. Belə ki, onların tətbiqi ilə yeni növ enerji generasiya edən hibrid sistemlər və eyni zamanda gündəlik həyatda ətraf mühitin, insanların sağlamlığının monitorinqini aparmaq üçün sensorlar hazırlamaq mümkündür.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

 

Xəbərlər

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb
22/08/2025

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq
21/08/2025

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib
21/08/2025