BDU-da hibrid nanonaqillərin sintezi, tədqiqi və tətbiqi üzrə tədqiqatlar davam edir

15/07/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Lalə Qəhrəmanlı, Jiseok Kim və Qönçə Eyvazovanın Azərbaycan Tibb Universiteti və İtaliyanın Milli Nüvə Tədqiqatları İnstitutunun əməkdaşları ilə birgə apardıqları elmi-tədqiqat işinin nəticələri “Web of Science” və “SCOPUS” bazalarında indekslənən (IF: 3.8) “Optical Materials” jurnalında dərc olunub.

DOI: 10.1016/j.optmat.2024.115760

İşdə Ag-Ag2S-CdS hibrid nanonaqillərinin sintezi, quruluşu və fiziki xassələri,  morfologiyasının müqayisəli şəkildə tədqiqi üzrə əldə olunmuş nəticələr şərh edilib.

Ag–Ag2S–CdS hibrid nanokatalizatorlarının yaradılması üçün ion mübadiləsi üsulundan istifadə olunub. Müəyyən edilib ki, MB boyası Ag-Ag2S-CdS nanokatalizatorundan istifadə edərək günəş işığının təsiri altında müxtəlif pH dərəcələrində müxtəlif müddətlər ərzində parçalanır. Belə ki, boyanın deqradasiya səmərəliliyi zaman keçdikcə neytral mühitdə 12,47%-dən 57,02%-ə, qələvi mühitdə 40,58%-dən 80,08%-ə, turşu mühitində isə 91,87%-dən 97,92%-ə yüksəlib. Hər üç mühit üçün deqradasiya prosesinin kinetikası tədqiq edilib.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib

BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026