BDU-da şəhid Erkin Hüseynovun xatirəsi anılıb

20/09/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində sentyabrın 12-də Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Erkin Hüseynovun xatirəsinə həsr olunmuş “Şəhidlər ölmür” adlı tədbir keçirilib.

Əvvəlcə Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültə dekanı Rövşən Cavadov Erkin Hüseynovun 2016-2020-ci illərdə fəlsəfə ixtisası üzrə təhsil aldığını, tələbə vaxtı özünü mükəmməl şəxsiyyət kimi göstərdiyini, bütün müəllim heyəti və dostlarının dərin hörmətini qazandığını bildirib.

Tədbirdə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova, Fəlsəfə kafedrasının müdiri dosent Kəmalə Pənahova, müəllimlər Ülviyyə Ağabəyova, Nəriman Süleymanov, şəhidin qrup yoldaşları Fərid Əmirov, Kamal Zeynili, Murad Ağakişiyev, İsa Mustafayev, Afaq Nağıyeva, Gülay Həsənzadə, Səbinə Hüseynova, Mədinə İbrahimova, Ayişə Mirzəyeva, Zeynəb Manafova, Yetər Hüseynli, Şəbnəm Qarayeva, Ləman Mehdizadə, Leyla Mehdiyeva Erkin Hüseynov haqqında xoş xatirələrini bölüşüblər.

Tədbirin sonunda Erkin Hüseynovun əziz xatirəsinə hörmət əlaməti olaraq fakültədəki şəkli önünə gül dəstələri düzülüb.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da yeni tədris ili başlayıb

BDU-da yeni tədris ili başlayıb
15/09/2026

BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub
15/09/2026