BDU-da şəhid məzunlara həsr olunmuş videoçarxlar hazırlanır

30/07/2021

Bakı Dövlət Universitetində 44 günlük  Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunlar və qazilərlə bağlı kompleks tədbirlər davam etdirilir.  Universitetin kollektivi, struktur bölmələri, eləcə də tələbə təşkilatları şəhidlərimizin xatirəsini daim uca tutmaq, tələbə-gəncləri şəhid və qazilərimizin qəhrəmanlıqları ilə tanış etmək məqsədilə mütəmadi tədbirlər həyata keçirir. Universitet rəhbərliyinin qərarına əsasən, şəhidlərimizin xatirəsinin uca tutulması, şəhidlik zirvəsinə ucalmış məzunlarımıza diqqət və qayğı göstərilməsi, qazi tələbələrimizin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi, qəhrəman məzunların fakültələrdə tələbələrlə görüşlərinin keçirilməsini və s. nəzərdə tutan Tədbirlər Planı işlənilib hazırlanmışdır.

Tədbirlər Planına uyğun olaraq BDU TV və BDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə şəhid və qazi tələbə və məzunlarımıza həsr olunmuş, onların keçdiyi şərəfli döyüş yolu, valideynlərinin, ailə üzvlərinin, tələbə yoldaşları və müəllimlərinin xatirələrinin əks olunduğu videoçarxların hazırlanmasına başlanılmışdır. Sosial elmlər və psixologiya fakültəsinin şəhidlik zirvəsinə ucalmış məzunu Cavid Manafova həsr olunmuş ilk videoçarx ictimaiyyətə təqdim edilmişdir. Növbəti videoçarx Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin şəhid məzunu Nicat Əhmədova həsr olunub.

Vətən müharibəsində şəhid olan digər tələbə və məzunları haqqında videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026