BDU-da "Şəhidlərimizə və qazilərimizə qayğı dövlətimizin sosial siyasətinin prioritet istiqamətidir" adlı tədbir keçirilib

14/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "Şəhidlərimizə və qazilərimizə qayğı dövlətimizin sosial siyasətinin prioritet istiqamətidir" adlı onlayn tədbir keçirilib.

Tədbirdə tələbələr  Fidan Omarova,  Nigar Allahverdiyeva, Neymət Ağazadə çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi işinin uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən olduğunu bildiriblər, torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşıldığından bəhs ediblər.

Sonda Tarix fakültəsinin müəllimi Xumar Səfərova çıxış edərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024