BDU-da "Şəhidlər-mənəviyyata açılan pəncərə" adlı tədbir

14/04/2021

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Şəhidlər - mənəviyyata açılan pəncərə" adlı onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU THİK sədri Hacıbaba Mustafayev Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, bu qələbəni bizə bəxş edən qəhrəman döyüşçülərimizə, Vətən müharibəsi iştirakçılarına, o cümlədən Şəhid ailələrinə göstərilən dövlət qayğısı haqqında danışıb. Bu istiqamətdə tələbə təşkilatı kimi Həmkarlar İttifaqlarının da əhəmiyyətli tədbirlər görə biləcəyindən bəhs edib.

Daha sonra Filologiya fakültəsi üzrə THİK sədri Sezər Məmmədli, Jurnalistika fakültəsinin tələbəsi Nicat Osmanlı, Tarix fakültəsinin tələbəsi Cabir Əliyev Vətən müharibəsində qazanılmış Şanlı Qələbədən, ermənilərin Qarabağdaki işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulan maddi-mənəvi zərər, eyni zamanda, şəhid və qazilərin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilən layihələrdən danışıblar.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026