BDU-da hidrometeoroloji amillərin Xəzər dənizinin rekreasiya zonalarına təsiri öyrənilir

22/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Xəzər dənizinin rekreasiya zonalarında hidrometeoroloji kəmiyyətlərin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev müasir dövrdə Xəzər dənizinin rekreasiya potensialının elmi əsaslarla qiymətləndirilməsinin, eləcə də hidrometeoroloji amillərin rekreasiya mühitinə təsirinin öyrənilməsinin sahilyanı ərazilərin dayanıqlı inkişafı və səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Hidrometeorologiya kafedrasının müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın hidrometeorologiya sahəsində ixtisaslaşmış alim olduğunu və hidrometeoroloji proseslərin təbii-rekreasiya sistemlərinə təsiri istiqamətində elmi araşdırmalar apardığını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Məruzəçi Aytən Quliyeva çıxışında Xəzər dənizinin rekreasiya zonalarının təbii-coğrafi xüsusiyyətlərini, bu ərazilərdə müşahidə olunan əsas hidrometeoroloji göstəriciləri və onların mövsümi dəyişkənliyini ətraflı izah edib. Tədqiqat çərçivəsində havanın temperaturu, külək rejimi, rütubət, yağıntı, dalğa hündürlüyü və digər hidrometeoroloji kəmiyyətlərin təhlil edildiyi, onların rekreasiya fəaliyyətinə təsirinin qiymətləndirildiyi qeyd olunub. Məruzədə Xəzər dənizinin sahilyanı zonalarında rekreasiya şəraitinin formalaşmasında hidrometeoroloji amillərin rolu, risk faktorları və əlverişli dövrlərin müəyyənləşdirilməsi elmi-statistik yanaşmalar əsasında geniş təhlil edilib.

Seminarda professorlar Məqsəd Qocamanov, Aydın İbrahimov, dosentlər İradə Əliyeva, Ələkbər Həsənəliyev və digər iştirakçılar tədqiqatın aktuallığını, metodiki yanaşmanın isə innovativ xarakter daşıdığını vurğulayıblar.

 

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026