BDU-da “Hüquqşünaslıq” ixtisası üzrə tələbə qəbulu aparılır

22/08/2022

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində elm və təhsil ciddi şəkildə bir-birini tamamlayır. Fakültədə 12 kafedra, 2 mərkəz və Hüquq Klinikası fəaliyyət göstərir.

Hüquq fakültəsində təhsil bakalavr pilləsində “Hüquqşünaslıq” ixtisası üzrə əyani və  qiyabi təhsilalma formasında həyata keçirilir.

Fakültədə “Dövlət və hüquq nəzəriyyəsi və tarixi”, “Konstitusiya hüququ”,  “Cinayət hüququ və kriminologiya”, “Cinayət prosesi”, “Kriminalistika və Məhkəmə ekspertizası”, “Əmək və ekologiya hüququ”, “Mülki hüquq”, “Mülki proses və kommersiya hüququ”, “İnsan hüquqları və informasiya hüququ UNESCO”, “Beynəlxalq ümumi hüquq”, “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ”, “Əqli mülkiyyət hüququ” kafedraları fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində “Hüquqşünaslıq” ixtisası üzrə tələbə qəbulu aparılır.

"Hüquqşünaslıq" ixtisası üzrə məzunlar müxtəlif dövlət hakimiyyəti orqanlarında dövlət qulluqçusu kimi və özəl sektorda peşəkar hüquqşünas olaraq çalışırlar. Qeyd olunanlarla yanaşı hüquq elminin müxtəlif sferalarında elmi-yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olurlar. Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəal iştirak edirlər.

 

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026